Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 11:45:00
İxtisas seçimi zamanı ən çox nəyə diqqət edirsiniz? - AzEdu.az-da SORĞU  

Ali məktəblərə qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün bu gündən etibarən ixtisas seçimi başlayıb. İxtisas seçimi 13 avqustadək davam edəcək. Bu, qəbul imtahanından sonrakı ən çətin və məsuliyyətli mərhələdir.

AzEdu.az saytının növbəti sorğusu da abituriyentlərin ixtisas seçimi ilə bağlıdır. Sorğu sualı belədir: İxtisas seçimi zamanı ən çox nəyə diqqət edirsiniz?

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

1. İxtisasa uyğun iş yerlərinin çoxluğuna;
2. İxtisasın nüfuzuna;
3. Öz arzu və istəklərimə;
4. Valideynlərimin arzu və istəklərinə;
5. Seçdiyim ixtisasın Bakıda yerləşməsinə;
6. Gələcəkdə daha çox əməkhaqqı vəd etməsinə;
7. Xüsusi təyinatlı olub-olmamasına ;
8.”Topladığım bal hara düşsə, oranı seçəcəm”.