Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 09:12:00
Ölkənin təhlükəsizliyinin təmin edilməsində büdcə vəsaitlərinin rolu

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan Respublikasının təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində büdcə vəsaitlərinin rolu” mövzusunda elmi seminar keçirilib.

 

AzEdu.az  bildirir ki, tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı təsdiqlənən UNEC-in tədbirlər planı çərçivəsində İqtisadiyyat (rus dilində) kafedrası və Rus İqtisad Məktəbi tərəfindən təşkil edilib.

 

Kafedranın baş müəllimi Fidan Əsgərova ölkənin iqtisadi və milli təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət tərəfindən aparılan məqsədyönlü işlərdən danışıb. Dövlət auditinin, xüsusilə də Hesablama Palatasının Azərbaycanın büdcə xərclərinin müəyyənləşdirilməsində, səmərəliliyinin artırılmasında və iqtisadi təhlükəsizliyin təmin edilməsində rolunu vurğulayıb.

 

Sonra Rus İqtisad Məktəbinin direktoru, UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov və İqtisadiyyat (rus dilində) kafedrasının müdiri dosent Sevinc Abbasova, dosentlər Rauf Quşxani, Eldar Quliyev, baş müəllim Tahirə Kərimova və digərləri çıxış edərək, milli təhlükəsizliyin artıq daha geniş mənalarda istifadə olunmasından və iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik və s. sahələr üzrə dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadə edilməsinin vacibliyindən danışıblar.