Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 10:16:00
UNEC “Həftənin kitabı” layihəsinə yenidən start verib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxanası “Həftənin kitabı” layihəsinə yenidən start verib.

 

UNEC-dən AzEdu.az -a bildirilib ki, müəllim və tələbələri zəngin kitabxana fondu ilə tanış etmək məqsədilə reallaşdırılan layihə çərçivəsində oxuculara hər həftə müxtəlif kitablar barədə məlumat veriləcək. Oxucular bu dəfə “Könüllünün özəl kitabı”, “Könüllülərlə iş” kitabları ilə tanış olacaqlar.

 

Kitabların müəllifləri Nadil Adilman (Adilov), Atif Qəmbərov, Tural Hümbətovdur.

 

Kitablarda könüllülük fəaliyyəti, könüllülərlə işin sıfırdan qurulması, mümkün praktiki fəaliyyətlər və çətinliklər, onların aradan qaldırılması kimi məlumatlar öz əksini tapıb. Kitablar işgüzar inkişafda, karyerada müvəffəqiyyət qazanmaq istəyən, istər cəmiyyətdə, istərsə də kollektivdə könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, təşkilati fəaliyyətlərinə könüllü cəlb etmək istəyən qurumlara, bu qurumların könüllülərlə işləyən əməkdaşlarına gözəl töhfədir.

 

Kitabları UNEC-in 24/7 kitabxanasından əldə etmək olar.