Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 14:49:00
Fizika üzrə Nobel mükafatının laureatları məlum olub  

Fizika sahəsində 2021-ci ildə Nobel mükafatı Syukuro Manabe, Klaus Hasselman və Corcio Pariziyə verilib.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının Nobel Fizika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ABŞ, Almaniya və İtaliyadan olan bu alimlər müxtəlif mürəkkəb sistemlərin, o cümlədən iqlimin öyərnilməsində göstərdikləri xidmətə görə bu mükafata layiq görülüblər.