Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 13:10:00
“Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçəcəm” – 700 bal toplayan Əzim Əzizli

“700 bal toplamağı qarşıma məqsəd qoymuşdum”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbinin məzunu Əzim Əzizli deyib. Onun sözlərinə görə, ədəbiyyatdan olan suallar bir qədər qəliz idi:

“Əvvəlcədən hədəfim bu bal idi. Ona görə də hədəfə nail olmaq üçün çox çalışmalı olduğumu bilirdim. Qəbul imtahanına davamlı və sistemli çalışmalısan. Müəllimlərimin köməyi nəticəsində bu nəticəni əldə etdim. İxtisas seçimi zamanı Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçəcəm”

ADA universitetini seçməyi düşünürsünüzmü sualına Əzim valideynlərinin daha çox Bakı Dövlət Universitetində təhsil almağı məsləhət bildiyini söyləyib.

Qeyd edək ki, İmtahanda II ixtisas qrupu üzrə 1 abituriyent (Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu), III ixtisas qrupu üzrə isə 3 abituriyent (Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey, Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbi, Şəki rayonu, Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları