Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 09:48:00
AzTU-da SABAH Magistri proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) SABAH Magistri proqramı çərçivəsində yaradılmış “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədris proqramının təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev SABAH Magistri proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olunan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, 2021-ci ilin iyun-iyul aylarında AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə SABAH Magistri proqramı çərçivəsində tədrisin təşkili və digər aidiyyəti işləri icra edəcək təşkilatin seçilməsi məqsədilə qrant müsabiqəsi elan olunub. Qrant müsabiqəsinin qalibi Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) seçilib. Proqram çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olunan 48 tələbənin ingilis dili bilik və bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsi və elmi-tədqiqat işlərinin aparılması sahəsində səriştələrinin formalaşması nəzərdə tutulub.

 

Daha sonra ARTİ-nin əməkdaşı Səbinə Babayeva SABAH Magistri proqramının məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib.