Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 10:33:13
“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib” – 700 bal toplayan Şəki məktəblisinin valideyni

“Nərmin qəbul imtahanına özü hazırlaşıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı III ixtisas qrupu üzrə 700 bal toplayan Şəki rayonu, fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayilovanın anası Sələmət İsmayılova deyib. Onun sözlərinə görə, övladının ən yüksək nəticəni göstərməsi qürurvericidir:

“Övladımın belə yüksək nəticə əldə etməsi çox sevindirici haldır. Bu nəticəni ondan gözləyirdik. Sevincdən deməyə söz tapmıram. Nərmin heç bir hazırlığa, əlavə  məşğələyə getməyib. Evdə özü hazırlaşaraq bu balı yığıb”.

Qeyd edək ki,26 iyulda keçirilən qəbul imtahanında   II ixtisas qrupu üzrə 1 abituriyent (Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu), III ixtisas qrupu üzrə isə 3 abituriyent (Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey, Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbi, Şəki rayonu, Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları