Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 10:46:00
BDU-nun qarşısında yaranan tələbə izdihamına aydınlıq gətirilib

Bakı Dövlət Universitetində tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub. Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir.

Günel Orucəliyeva,
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri