Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-18 14:41:00
AzTU-da səhiyyədə keyfiyyət menecmenti üzrə yeni ixtisaslaşma açılacaq

Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti onlayn görüş təşkil edilib.

 

Müzakirələr layihə üzrə koordinator universitet olan Qərbi Attika Universitetinin işçi komandası ilə Azərbaycan Texniki Universitetinin (AzTU) işçi komandası arasında keçirilib.

 

Bu barədə AzEdu.az-a AZTU-dan məlumat verilib. Bildirilib ki, müzakirələrdə layihə çərçivəsində AzTU-da bakalavr və magistratura səviyyələrində yerinə yetiriləcək ixtisasların adları müəyyən edilib və bu istiqamətində universitetdə görüləcək işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, layihə çərçivəsində AzTU-da səhiyyədə keyfiyyət menecmenti ixtisaslaşması açılacaq. Görüş zamanı 2021-ci ilin dekabrında layihə tərəfdaşlarının rəhbər işçiləri üçün keçirilməsi nəzərdə tutulan strateji təlimlərin təşkili ilə bağlı müzakirələr aparılıb və hazırlıqlara başlanılması üçün müvafiq təlimatlar verilib.

 

Görüşdə Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzinin nümayəndəsi də iştirak edib.