Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-12 15:57:00
 Tələbələrə müasir neft sənayesində maili qazma texnikası barədə məlumat verilib-UFAZ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Schlumberger” şirkətinin maili qazma üzrə mühəndisi Fərhad Qədimov tərəfindən “Maili qazma” mövzusunda seminar keçirilib.

 

UFAZ-dan AzEdu.az-a bildiriblər ki, seminarda F. Qədimov tələbələrə müasir neft sənayesində maili qazma texnikası barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

 

ADNSU məzunu olan Fərhad Qədimov hazırda “Schlumberger” şirkətinin Səudiyyə Ərəbistanındakı layihələrindən birində çalışır.