Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 12:07:00
Nüfuzlu elmi platformada UNEC əməkdaşlarının profili haqqında məlumat mövcuddur

Scopus nüfuzlu elmi platformasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 234 tədqiqatçısının müəllif profili mövcuddur (SİYAHI).

 

AzEdu.az xəbər verir ki, bu bazada müəllif profili tədqiqatçının elmi əsəri indeksləndiyi zaman avtomatik olaraq Elsevier şirkəti tərəfindən yaradılır. Scopus müəllif profili və tədqiqatçının metrik göstəriciləri haqqında geniş məlumatı linkindən əldə etmək mümkündür.

 

Bu bazada elmi əsərləri indeksləşən lakin siyahıda yer almayan və ya adları eyni siyahıda iki və daha artıq sayda təkrarlanan UNEC əməkdaşlarından [email protected] elektron poçt ünvanına müraciət olunması xahiş olunur. Müraciət zamanı mütləq şəkildə elmi əsərlərin bazada indeksləşdiyini təsdiq edən aşağıdakı məlumatlar təqdim olunmalıdır:

 

  • Məqalənin adı
  • Jurnalın adı (həmin məqalənin çap olunduğu)
  • Məqalənin junaldakı linki

 

Qeyd etməliyik ki, eyni siyahıda müəllifin adının iki və daha artıq sayda təkrarlanması müəllifin istinad göstəricilərinə mənfi təsir edən əsas faktordur.