Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 17:23:00
Məktəblərdəki qeyri-adiliklər-Qırmızı qələm, yoxsulluq, xəstəlik, boşanmaq kimi sözlər istifadə edilmir

 Bütün məktəblərdə intizamı qorumaq üçün bəzi qaydalardan istifadə olunur. Amma dünyanın bəzi yerlərində istifadə edilən bu qaydalar sizi çox təəccübləndirəcək.

 

Budur, AzEdu.az dünyanın fərqli ölkələrində istifadə edilən məktəb qaydalarını təqdim edir:

 

Dondurulmuş noxud

Çində məktəbdə ayağına dondurulmuş noxud qoymaqla cəza verilən məktəbli cəza anında çəkdiyi şəkili internetdə paylaşıb. Asiyada müəllimlər və valideynlər tərəfindən davamlı istifadə edilən bu cəza sizcə də çox insafsız deyil?

 

Ən yaxın dostlar

 

İngiltərə məktəblərinin bir çoxu şagirdlərin ən yaxın dostlarının olmasını qadağan edib. Bəzi valideynlər, müəllimlər və psixoloqların dediyinə görə, uşaqlar böyük dost qruplarına sahib olarsa, daha yaxşı inkişaf edir. Bu dost qruplarında heç kim kənarda qaldığını hiss etməməlidir. Tənqidçilər isə ən yaxın dosta sahib olmağın uşaqlara həyat boyu dəyər qazandırdığını iddia edir. Uşaqların inkişafı sahəsində aparılan araşdırmalara görə, ən yaxın dostu olanların zehinlərinin daha yaxşı olduğu kəşf edilib.

 

Saç boyatmaq

 

Tokiodakı məktəblərin demək olar ki, hamısı şagirdlərin saçlarını boyatmasını qadağan edib. Dövlət məktəblərinin yarısından çoxunda şagirdlər saçlarında boya olmadığını sübut etməlidirlər. Şagirdlərin bu haqda yalan deməməsi üçün müəllimlər hətta şəkilləri uşaqların ailələrinə göndərərək onlardan da soruşurlar.

 

“Kasıblıq”, “Doğum günü” və əlavə 48 söz

 

New York Təhsil Nazirliyi, nazirlik tərəfindən standartlaşdırılmış testlərdə bəzi sözlərin istifadəsini qadağan edib. Məsələn, Yehovanın Şahidləri qrupuna mənsub olan şagirdlər narahat olmasın deyə, “Doğum günü” sözü işlədilmir. Şagirdlərə pis təsir etməsin deyə yoxsulluq, xəstəlik, boşanmaq kimi sözlər də istifadə edilmir.

Qırmızı qələm

 

Məktəblərdə müəllimlər şagirdlərin səhvlərini diqqətə yetirmək üçün qırmızı qələmdən istifadə edir. Amma Avstraliya və İngiltərənin bir sıra məktəblərində bu qadağan edilib. Səbəb isə qırmızı rəngin şagirdlərdə motivasiyanı azaltmağı, onların qorxu hissetmələrinə şərait yaratdığı üçün psixologiyalarına pis təsir etdiyini düşünmələridir. Buna görə də qırmızı rəngin istifadəsini qadağan edən məktəblər yaşıl, çəhrayı, sarı, bənövşəyi, mavi kimi rahatlatan rənglərin istifadəsini uyğun bilir.

 

Barmaq qaldırmaq

 

Keçmişdən suallara cavab vermək üçün istifadə edilən barmaq qaldırmaq üsulu Nottinghamshiredə qadağan olunub. Səbəbi isə, barmaq qaldıranların eyni uşaqlar olduğu və bunun digər uşaqların öyrənməsinə mane olmasıdır. Bunun yerinə isə müəllimlər suala cavab verməsi üçün istədiyi şagirdi seçirlər.

Ancaq bəzi valideynlər bu üsulun uşaqların daha gərgin hiss etmələrinə səbəb olduğunu deyirlər.

 

Yuxu vaxtı

 

Çində məktəblərdə günorta şagirdlərə yatmaqları üçün 30 dəqiqə vaxt verilir. Bəzi müəllimlər günorta yuxusunun şagirdlərin zehninin inkişafına, enerjisinin artmasına kömək etdiyini iddia edirlər. Orta məktəbdə oxuyan şagirdlərə partalarının üzərində evdən gətirdikləri örtüklərlə yatmalarına icazə verilir. Ancaq daha böyük şagirdlərə isə oturduqları yerdə yatmalarına icazə verilir.

Fidan Ali