Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 15:27:00
Şagirdlər üçün maska taxmaq məcburidir? - Rəsmi AÇIQLAMA  

Orta məktəb şagirdlərinin məktəb daxilində maska taxmaları məcburi deyil.


AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirin müşaviri Rüstəm Ağayev məlumat verib.

 

O qeyd edib ki, maska taxmaqla bağlı qərar valideynlərin istəyindən asılıdır:

 

“Biz ötən il də valideynlərə imkan yaratmışdıq ki, onların istəyinə uyğun olaraq şagirdlər məktəbdə maska taxa və ya taxmaya bilərlər. Bu il də qaydalar eyni olacaq”.(Modern.az)