Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 14:48:00
Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı ötən ilkindən çoxdur-RƏSMİ

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Müsabiqənin nəticələrinə əsasən 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik.  DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları