Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 13:39:00
Ali məktəblərdə dərslər nə zaman başlanır? - Müəmma  

Hazırda ölkəmizdə yeni tədris ilinin başlamasına çox az bir zaman qalıb. Ancaq  hələ də  təhsil  müəssisələrinin  hansı  formada  açılacağı  ilə  bağlı  da  rəsmi qərar yoxdur.

 

Bununla  yanaşı, ali təhsil müəssisələrinə abituriyentlərin qeydiyyat prosesinin  20  sentyabrda  yekunlaşmasının DİM tərəfindən elan edilməsi, bu pillə üzrə tədris  ilinin  oktyabrda  başlayacağına  inam yaradır.

 

Eyni  zamanda  sosial  şəbəkələrdə  də  bu cür  qeydlərin  verilməsi  ictimaiyyətdə  çaşqınlığın yaranmasına  səbəb olub.

 

AzEdu.az  xəbər verir ki,  bununla  bağlı  Təhsil  Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  məsələyə  münasibət bildirib.

 

Sektor müdiri  ali təhsil müəssisələrində  tədris  ilinə  oktyabrda  başlanılacağı  ilə  bağlı  yayılan  informasiyaların  doğru  olmadığını  qeyd  edib.

 

Qeyd  edək ki, sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.