Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 14:41:00
Təhsil İnstitutu inklüziv təhsillə bağlı yeni layihəyə başladı

Təhsil İnstitutu Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərə başlayıb.

 

AzEdu.az ki, ilk təlimlər inklüziv təhsil tətbiq olunacaq şəhər və bölgələrin psixoloji-tibbi-pedaqoji komissiyaları üçün keçirilib. 37 nəfər komissiya üzvünün iştirak etdiyi 3 günlük təlimlərdə inklüziv təhsil, əlillik, əlilliyi olan uşaqların funksionallığına dair beynəlxalq təsnifat, o cümlədən inklüziv siniflərdə təlim-tədris prosesinin təşkili qaydaları müzakirə edilib.

 

Bununla yanaşı, təlimlərdə iştirakçılara layihə haqqında məlumat verilib. Təlimlər, həmçinin layihəyə cəlb olunacaq mütəxəssislərin vəzifələri, əlilliyi olan uşaqların valideynləri ilə iş kimi mövzuları əhatə edib.

 

Təlimlərin əlilliyə tibbi yanaşmanın aradan qaldırılmasını və sosial modelin tətbiqinə xidmət etməklə daha çox uşağın inklüziv təhsilə cəlb olunmasını təmin edəcəyi gözlənilir.