Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 15:46:00
İctimai nəqliyyatı pulsuz olan ölkədə təhsil almağın üstünlükləri  

Şimali Avropanın  Baltik regionunda yerləşən Estoniyanın tarixinə nəzər saldıqda  burada  təhsillə  bağlı bir sıra mühüm hadisələrə  rast gəlmək olar. Estoniyanın ən qədim ali təhsil ocağı olan Tartu Universiteti  1632-ci ildə yaradılıb. Təhsil sahəsində qazandığı  uğurlara görə reytinq cədvəlində  Baltikyanı  ölkələr sırasında  bir nömrəli universitetdir.  Ölkənin  təhsil sistemi məktəbəqədər təhsil, əsas təhsil, orta təhsil və ali təhsil səviyyələrindən ibarətdir. Estoniyanın ali təhsil sistemi  iki hissədən ibarətdir. Ali təhsil müəssisələrindən olan universitetlər  və ali peşə  təhsil müəssisələri. Dünyanın dörd  bir yanından  burada tələbələr  təhsil alır. 

 AzEdu.az Estoniya təhsilinin üstünlüklərini təqdim edir:

Şimali Avropada olan  İsveç, Danimarka, Finlandiya, Norveç, Litva, Latviya  kimi ölkələrlə müqayisədə  Estoniyada  universitet xərcləri  aşağıdır. 

Universitet məzunu olduqdan sonra iş axtarma izni verməsi  və işləmək imkanı olduğu halda uzun müddət ölkədə qalmaq şansı olması Estoniyada təhsil almağın avantajları arasındadır.

 Şimali Avropaya yaxın olan bu ölkədə aşağı qiymətlə yüksək təhsil almaq mümkündür.

 Estoniya  iqtisadi baxımdan  inkişaf edən ölkədir. Estoniyanın paytaxtı Tallində ictimai nəqliyyatın ödənişsiz olması oğurluq, fırıldaqçılıq  ən aşağı səviyyədə  olduğu, hüquq və insan haqları  sahəsində təkmilləşən  Estoniya yüksək səviyyədə  güvənli  ölkədir.

Təhsil səviyyəsi  olduqca yüksək olan  Estoniyada  insanların 70%-dən çoxu ingiliscə danışır və buda burada təhsil almağın üstünlüklərindəndir. 

Estoniya dünyanın ən yüksək internet sürətinə sahib olan ölkəsidir və ölkənin hər yerində  ictimaiyyət üçün pulsuz “Wi-Fi” var.

Günel YAŞARQIZI