Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 18:00:00
Yararlana biləcəyiniz onlayn təhsil platformaları – Pul xərcləmədən öyrən

 

 

Onlayn təhsil, insanların internet və bir sıra texnikalarla məktəbə getmədən yeni bir şeylər öyrənməsinə imkan verir. Çox vaxt evdə olduğunuz günlərdə vaxtınızı daha məhsuldar keçirmək üçün, özünüzü inkişaf etdirmək üçün onlayn platformalar mövcuddur.

 

AzEdu.az onlardan bir neçəsini təqdim edir:

 

Udemi


Onlayn təhsil saytları arasında ən yayğın olanı Udemy saytıdır. Burada bir çox mövzuda təhsil tapa bilərsiniz  və uyğun qiymətlərlə alabiləcəyiniz bir onlayn təhsil platformasıdır. Ödənişli təhsildən əlavə bir çox mövzu ilə bağlı ödənişsiz təhsildən də Udemy ilə rahat bir şəkildə yararlana bilərsiniz.

 

 

Udaciti

 

 

Udaciti platformasında  praktik dərslər, tapşırıqlar  daha  üstündür.

Dərslərin keyfiyyəti də yüksəkdir. Dərslərin sonunda aldığınız sertifikat iş dünyasında qəbul olunan nüfuza sahibdir. Tərkibində ödənişli və ödənişsiz dərslər olan Udaciti proqram öyrənmək istəyənlər üçün ən yaxşı onlayn platformaların sırasında yer alır.

 

 

Kursera

Mövzu müxtəlifliyi baxımından Udemi qədər geniş olmasada, daha çox məktəb təhsilinə yönəlmiş bir spektrə sahibdir. İbtidai sinifdən magistr dərəcəsinə qədər gənclər əsas hədəf kütləsidir. Coursera dərslərində real bir dərs mühitində hiss etməyinizi asanlaşdırır.

 

Quql  Digital Qaraj

 

Google Dijital Garaj xüsusilə də rəqəmsal marketinq sahəsində özünü inkişaf etdirmək istəyənlər üçün bir sıra ödənişsiz dərslər təqdim edir. Ümumiyyətlə, Google servisləri olan Google Analytics, Google Adwords, Google Adsense və SEO kimi mövzularda onlayn olaraq dərs ala bilərsiniz.

 

Masterklass

 

Masterclass, sənətlə bağlı dram,teatr, senari yazılması kimi mövzularda onlayn dərslər ala biləcəyiniz bir platformadır. Dərslər isə ingiliscədir. Masterclass təhsil verdiyi sahələr üzrə sonda sizə prestijli sertifikat təqdim edir.

 

Fidan Ali