Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 15:17:00
Azyaşlıların nitqini bu üsullarla inkişaf etdirə bilərsiniz – Maraqlı və sadə metodlar

 

 

Nitq insanların həyatında bəlkə də  ən mühüm hadisədir. İnsanlar nitqin köməyi ilə bir-birini başa düşür, öz arzu və istəklərini bildirirlər.

 

Uşaqlıq dövrünün ilkin mərhələsi  onun gələcək nitq inkişafı üçün hazırlıq dövrü sayıla bilər.

 

Uşaqlarda nitqin inkişafı üçün müxtəlif yollar mövcuddur.

 

AzEdu.az onları sizə təqdim edir

 

Çənə əzələsini gücləndirin

 

Çalışın  uşaqlarınıza meyvə, tərəvəz, ət yeməklərini dişləyərək yedirtməyi vaxtında öyrədəsiniz. Bu, uşağın çənə əzələsini daha da güclü edəcəkdir.

 

Onlarla daha çox söhbət edin

 

Araşdırmalar axşam yeməyində birlikdə masada oturan və ailəsi ilə söhbət edən uşağın, gələcəkdə digər uşaqlara  nisbətən söz ehtiyatının ikiqat çox olduğunu göstərib.

 

Uşağınıza müxtəlif səsləri öyrədin

 

Uşaq səs eşidərkən onun nəyə aid olduğunu müəyyənləşdirməyə çalışır, həmin  səsin arxasında hansı əşya və hadisənin olduğunu bilmək istəyir. Buna görə də  birlikdə vaxt keçirərkən eşitdiyiniz bütün səslərin  nəyə aid olduğunu ona başa salın. Heyvanların fiqurlarını və ya şəkillərini alıb, uşağınıza nə cür səs çıxardıqlarını deyə bilərsiz.

 

Mütəmadi olaraq musiqi və səsli kitablar dinlədin

 

Yatarkən, oynayarkən körpənizə musiqi və səsli nağıl kitabları dinlədin. Sözləri mənalı, aydın səslənən ibarət olan müsiqilərə üstünlük verin ki, uşaq onun sözlərini təkrarlaya bilsin

 

Körpənizə səslərin nəyə aid olduğu şoruşun

 

Məsələn: ”Pişik nəcə  səs çıxarır?”  Bu kimi suallar verin.  Səbirli olun, birinci dəfə deməyə bilər.  Bunları öyrədərkən uşağınıza qışqırmaq və hirslənmək olmaz. Bu zaman uşaq qorxub bildiyini də demək istəməyəcəkdir.

 

Tərəfləri izah edin

 

Aşağı,  yuxarı, sağ, sol kimi anlayışları  övladınıza izah edin . Bunu oyuncaqlarla edə bilərsiz. Hər dəfə də "aşağı-yuxarı" deməyi unutmayın. Ümumiyyətlə gündəlik həyatda uşağınıza etdiyi hərəkətləri sözlə ona bildirin.

 

Son olaraq qeyd edək ki, nitq inkişafında uşaqların danışma sürətində genlərin və ətraf mühitin təsiri böyükdür. Genlərə görə dil inkişafı digər insanlardan fərqli ola bilər. Məsələn, gec danışmağı öyrənən uşağın, valideynlərinin birində də  uşaq  vaxtı eyni şey müşahidə edilmişdir.

 

Gülcahan Məmmədova