Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 13:12:00
Bu ixtisasın rus bölməsi üzrə plan yeri nəzərdə tutulmayıb-DİM

 

Dövlət İmtahan Mərkəzi musiqi müəllimliyi  ixtisasının rus bölməsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.

 

AzEdu.az xəbər verir ki, müraciətdə 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin qəbul planında musiqi müəllimliyi ixtisasının rus bölməsi üzrə plan yerləri nəzərdə tutulmadığı bildirilib.

 

Bu səbəblə  musiqi müəllimliyi ixtisasına qəbul olmaq üçün rus bölməsi üzrə qeydiyyatdan keçən abituriyentlərin həmin ixtisasın Azərbaycan bölməsinə aid ixtisaslarını seçməsinə icazə verilir.