Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 11:00:00
39 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib-DİM  

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

 

AzEdu.az xəbər verir ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 30-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bu gün saat 10:45-dək bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı 39 min 461 olub.