Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 10:12:00
V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin və subbakalavrların nəzərinə!

 Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək internet vasitəsilə aparılır.

 

AzEdu.az xəbər verir ki, bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və onların suallarını cavablandıracaq.

İxtisas seçimi ilə əlaqədar olan suallarınızı canlı yayım zamanı müvafiq postun altına yaza bilərsiniz.