Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-24 12:41:00
   "COVID-19 pasportu olmayan təhsil işçiləri üçün müəyyən məhdudiyyətlər olacaq" -BŞTİ müdiri        

“Vaksin pasportları, immunitet və əks göstəriş sertifikatları məsələsi gündəmdədir”

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Təhsil işçilərinin vaksinasiya ilə bağlı canlı yayımda deyib.

 

BŞTİ müdiri əks göstəriş sertifikatları olan təhsil işçilərini riskə ata bilməyəcəklərini deyib:

 

“Vaksinasiyadan keçən, pasportu olan təhsil işçiləri tədrisin təşkilində rahatlıqla iştirak edə biləcəklər. Ancaq əks göstəriş sertifikatı olan təhsil işçiləri üçün bu vəziyyət eyni deyil. Məktəblərdə tədris zamanı immuniteti zəif olanları və həmçinin əks göstəriş sertifikatı olan şəxslərin sağlamlığını biz təhlükəyə ata bilmərik. Bunu nəzərə alaraq müəyyən məhdudiyyətlər olacaq”.

 

Son olaraq o,-“ Biz əyani tədrisi başlamalıyıq,distant təhsil müəyyən problemlər yaradır. Bunun isə tək yolu peyvəndlənmədir”- deyə bildirib