Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 15:18:00
“III qrupda ballar yüksək olacaq, II-də isə…” – DİM sədrindən vacib mesajlar

 

 

“Keçən illə müqayisədə plan yeri  II qrupda 1 faiz azalıb, lakin dövlət sifarişli yerlərdə 2.79% plan yeri artıb.

 

 

III  ixtisas qrupunda isə 560 plan  yer artırılıb. Ekspertlər çox zaman abituriyentlərin 700 bal toplaması ilə nəticələri müqayisə edib yaxşı olduğunu deyirlər, lakin bu belə deyil”.

 

 

AzEdu.az-ın məlumatına görə bu fikirləri DİM sədri M.Abbaszadı bildirib. O, üçüncü ixtisas qrupunda dövlət sifarişli ixtisaslarda keçid ballarının artacağını qeyd edib:

 

“Keçən il hüqquqşünaslıq ixtisasına keçid 600 bal idisə, bu il 600 dən yuxarı olacaq.

 

400 baldan yuxarı bal toplayanların sayı bu il keçənilkinə daha çoxdur. Bu səbəbdən 400 ballıq ixtisasların keçid balları artacaq. Dövlət sifarişli ixtisaslarda keçid balları artırılacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları