Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 14:36:00
Rektor  yüksək balla BANM-ı seçən bacı-qardaşdan danışdı-FOTO

 

Bakı  Ali  Neft  Məktəbinin  rektoru  Elmar Qasımov  685  balla  BANM-ı seçən  Cəmilə  Yusifovanı  təbrik edib.

 

AzEdu.az  xəbər  verir  ki, bu barədə  rektor  öz  feysbuk  hesabında  paylaşım  edib.

 

Rektor  paylaşımda  Cəmilənin  qardaşı Əli Yusifovun  da  4  il  öncə  yüksək  balla  BANM-ı  seçdiyini  bildirib:

 

“2017-ci ildə qəbul imtahanlarından 690 bal toplayan Əli Yusifov Bakı Ali Neft Məktəbini seçdi. Sonralar biz, əməkdaşlıq çərçivəsində Əlini Malayziyanın məşhur Petronas Şirkətinə məxsus Petronas Texnoloyi Universitetinə göndərdik.

 

Bu il isə Əlinin bacısı Cəmilə 685 bal toplayaraq BANM-da təhsil  almaq arzusunu bildirdi.

 

Ali Məktəbimizdə bacı - qardaş tələbələrimiz çoxdur.

Biz buna çalışırıq. Biz buna sevinirik”.

 

Rektor, -“ Biz Universitetlər elə çalışmalıyıq ki, Cəmiyyətdə etimad bu cür olsun. Məzunlarımız , tələbələrimiz bizim ən böyük təbliğatçılrımız olsun”-deyə  bildirib.

 

Son  olaraq  o, Əli və Cəmilə Yusifovanı təbrik edib.