Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 12:36:00
UNEC-də Respublika elmi konfransına məqalə qəbulu davam edir  

Oktyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunub.

 

AzEdu.az xəbər verir ki, konfransda “Müstəqillik illərində institusional islahatlar”, “Müstəqillik illərində regionların inkişafı”, “Maliyyə, uçot və statistika problemləri”, “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası”, “Ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafın perspektivləri” mövzuları müzakirə ediləcək.

 

Respublika konfransında ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq. Məqalələr sentyabrın 20-dək qəbul edilir.