2021-08-23 11:48:00
Tanınmış iqtisadçı alim dünyanın ən məşhur ali məktəblərindən birində işə başlayır
"Sentyabrın 1-dən yüksək akademik reputasiyaya malik, dünyaca məşhur xeyriyyəçi Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, Tayvanın hazırkı prezidenti Tsai Ing-wenin məzun olduğu London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş elmi işçisi kimi işə başlayacağam”.
AzEdu.az xəbər verir ki, bunu tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.
O bildirib ki, Siyasi elmlər London İqtisad Məktəbinin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir.
"Siyasi elmlər və iqtisad bölümünün akademik sferada nüfuzu mənim elmi və pedaqoji fəaliyyətim üçün böyük imkanlar yaradır. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir.
Londonda, xüsusilə qlobal və regional siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz naminə faydalanmaq niyyətindəyəm.
LSE-yə verəcəklərim və buradan faydalarım çox olacaq. Yeni iş yerimdə əldə edəcəyim təcrübə ilə indiyə qədər ABŞ Universitetlərində qazandığım praktikanı daha da zənginləşdirmək niyyətindəyəm.
İnanıram ki, LSE-dəkı fəaliyyətimdən ilk növbədə, hazırda xəyallarımızda bərqərar olan, tezliklə reallığa çevriləcək Azərbaycan qazanacaq”.
Xatırladaq ki, Q.İbadoğlu bundan əvvəl ABŞ-ın Rutgers Universitetinin professor vəzifəsində çalışmışdı.
Bu bölməyə aid digər xəbərlər
“Tarixdə bu gün” - 2 may necə yadda qalıb?
2024-05-02 08:52:00
Şimşək çaxacaq, dolu düşəcək - GÜNÜN HAVASI
2024-05-02 08:46:16
Direktor müavinləri üçün təlimlər davam edir
2024-05-01 17:30:29
39 uşaq öz ailələrinə qaytarılıb
2024-05-01 17:26:31
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb
2024-05-01 16:51:31
Gələn ay ardıcıl 5 gün iş olmayacaq
2024-05-01 16:16:10
Nazir müavini: Təhsilli insanlar münaqişələri daha asan həll edə bilirlər
2024-05-01 15:38:17
Bu liseyin şagirdləri startapda qalib oldular
2024-05-01 15:03:10
Polis Akademiyasına qəbul: Ballar enəcək?
2024-05-01 12:45:00
Sabah 28 dərəcə isti olacaq
2024-05-01 12:28:52
kitabı
ÇOX OXUNANLAR
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
22 Aprel 2024, 13:12
Bu uşaqlar I sinfə avtomatik qəbul olunacaq
22 Aprel 2024, 11:53
21 aprel buraxılış imtahanındakı testlərin doğru cavabları AÇIQLANDI
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
22 Aprel 2024, 11:12
Beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird - Foto
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
22 Aprel 2024, 16:15
Qarabağ Universiteti sıradan bir təhsil ocağı olmayacaq
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
FACEBOOK