Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 10:24:00
II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək internet vasitəsilə aparılır.

 

AzEdu.az xəbər verir ki, bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

 

İxtisas seçimi ilə əlaqədar olan suallarınızı canlı yayım zamanı müvafiq postun altına yaza bilərsiniz.