Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 11:00:00
Bu şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər  

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir. İxtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.

 

AzEdu.az xəbər verir ki, dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

 

Müsabiqə şərtləri ilə tələbə qəbulu haqqında DİM-in saytında yerləşdirilmiş elandan ətraflı tanış olmaq mümkündür.