Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 12:36:00
Media nümayəndələri MİQ müsabiqəsinin müsahibə mərhələsini izləyib  

Avqustun 18-də media nümayəndələri 2021-2022-ci tədris ili üzə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsini izləyib.

 

AzEdu.az xəbər verir ki, mediatur iştirakçıları müsahibə mərhələsi haqqında ətraflı məlumatlandırılıb.

 

Bildirilib ki, müsabiqənin yekun – müsahibə mərhələsi Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, Azərbaycan, alman, fransız, ingilis, rus dilləri, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, ibtidai sinif, informatika, kimya, musiqi, tarix, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçiriləcək. Müsahibələrdə müsabiqənin test imtahanı mərhələsində minimum keçid balını – 30 bal toplamış, vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər iştirak edəcək. Müsahibə mərhələsinə ümumilikdə 4973 namizəd dəvət olunub. 23 müsahibə komissiyası təşkil edilib.

 

Müsahibələr avqustun 26-dək davam edəcək.

 

Qeyd olunub ki, müsahibə mərhələsinə dəvət olunan namizədlər arasında qadınlar üstünlüyə malikdir. Namizədlərin faktiki yaşayış üzrə bölgüsündə isə Bakı, Sumqayıt, Gəncə şəhərləri üstünlük təşkil edir.

 

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.(Azərtac)