Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 17:30:00
Təhsil İnstitutu müəllimləri əməkdaşlığa dəvət edir

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 

AzEdu.az xəbər verir ki, logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

 

-əməliyyatların tədqiqi (xətti proqramlaşdırma, simpleks üsulu, qoşmalıq (duality), zəif və güclü qoşmalıq teoremləri, həssaslıq analizi, qeyri-xətti proqramlaşdırma);

 

-təchizat zəncirlərinin idarə olunmasına giriş (təchizat zəncirlərinin ümumi iş prinsipləri, təchizat zəncirlərinin modulları haqqında ümumi məlumat (təchizat, istehsalat, anbarlama, çatdırılma), “Qamçı effekti” və s. );

 

-statistika (təsadüfi proseslər, diskret və kəsilməz paylanma düsturları, normal paylanmanın əhəmiyyəti və tətbiqləri, əldə edilmiş dataların təsviri statistikalarının çıxarılması və s.);

 

-“Python” proqramlaşdırma dili (proqramlaşdırmaya giriş, “Python”da data növləri, dataların manipulyasiyası, verilənlərin təsviri, statistika göstəricilərinin çap edilməsi, Numpy/Pandas/SciKit kimi kitabxanalar).

 

Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

 

Müraciətlər avqustun 23-ü saat 23:59-dək qəbul olunur.