Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 15:38:00
Azərbaycanda yeni astronomik stansiya yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsinin resurslarından istifadə etməklə Şamaxı Astrofizika Rəsədxanasında mövcud olan və bundan sonra əldə olunacaq bütün spektrofotometrik ölçmə materialların astronomik bazasının yaradılması, müşahidə materiallarının beynəlxalq standartlar formatına gətirilməsi, materialın emalı və analizi üçün müvafiq proqram təchizatı təmin edilir.

 

Bu barədə AMEA Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məlumat verib.

 

AzEdu.az bildirir ki, alim Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yaradılması və stansiyada robot teleskopun quraşdırılmasının zəruri olduğunu vurğulayıb.