Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 14:00:00
Sabah UFAZ-ın bakalavriat pilləsinə daxili qəbul imtahanı keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2021-2022-ci tədris ili üçün bakalavriat pilləsinə daxili qəbul imtahanı avqustun 18-də keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu ali məktəbə qəbul olunmaq üçün 300-dən çox gənc (Azərbaycan və rus bölmələri üzrə) onlayn qeydiyyatdan keçib.

 

Azərbaycan-Fransız Universiteti 4 ixtisas üzrə (kompüter elmləri, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika və geologiya mühəndisliyi) bakalavr və 3 ixtisas üzrə magistr (fiziki kimya və kimya mühəndisliyi, yer elmləri və Big Data və süni zəka) proqramları təklif edir.