Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 13:14:00
“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üçün bir sıra fəaliyyətlər təşkil ediləcək  

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.



AzEdu.az xəbər verir ki, Layihənin keçirilməsində əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.


ARTİ ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” layihəsi çərçivəsində BDU-da “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə 2021-2022-ci tədris ilindən başlayaraq bir sıra fəaliyyətləri təşkil edəcək. Sözügedən fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimləndirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin təşkili və maddi-texniki təchizat nəzərdə tutulub. Daha ətraflı: https://bit.ly/3CRUc3l