Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 14:20:00
Türkiyə Universitetində təhsil almaq üçün müsabiqə davam edir  

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbləri “Erasmus+ KA1” mobillik proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində 2021-2022-ci tədris ilinin payız semestrində (bir semestr müddətində) təhsil almaq üçün müsabiqədə iştirak edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, mobillik proqramına elektrik və kompüter mühəndisliyi ixtisasları aiddir.

 

Tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi - minimum 75 bal olmalıdır. Həmçinin onların ingilis dili səviyyəsi yuxarı (upper-intermediate level, B2) olmalıdır.

Mobillik proqramında iştirak etmək istəyən tələbələr avqustun 21-dək müraciət edə bilərlər.