Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 13:20:00
Subbakalavrların ərizə qəbulu davam edir  

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı avqustun 16-sı saat 23:59-dək davam edəcək.

 

AzEdu.az xəbər verir ki, bu gün saat 11:45-dək subbakalavrların elektron ərizələrinin ümumi sayı 19890 olub. Təsdiq olunan elektron ərizələrin sayı isə 19134-dür. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra elektron ərizə formasını təsdiq edirlər.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 8-dən etibarən internet vasitəsilə aparılır.