Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 09:36:00
Təsviri incəsənət müəllimliyi üzrə imtahan verəcək abituriyentlərin nəzərinə  

Bakıda fəaliyyət göstərən təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahanda iştirak etmək istəyən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Xatırladaq ki, dizayn (14) və dekorativ-tətbiqi sənət (15) komissiyalarının rəsm imtahanından 6 və daha yuxarı qiymət alan abituriyentlərin imtahan nəticələri təsviri incəsənət müəllimliyi (13) komissiyasına da şamil edilir (abituriyentlər qeydiyyatdan keçdikləri halda). Qiyməti şamil edilmiş abituriyentlərin imtahan nəticəsi bəlli olduğuna görə onlara buraxılış vərəqəsi verilmir və müvafiq imtahanda iştirak etmirlər.

 

Buraxılış vərəqəsini çap etmək üçün link: https://eservices.dim.gov.az/qabiliyyet

 

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- imtahana buraxılış vərəqəsi;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalayır);

- şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

 

Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses ərzində (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.