Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 13:00:00
Türkiyədə İnglis dilində təhsil verən universitetlər-Avropadan geri qalmır

İngilis dili dünyada istifadə olunan beynəlmiləl dildir. Xarici universitetdə təhsil almağı hədəfləyən hər bir şəxs təhsili, karyerası üçün ingilis dilini mütləq bilməlidir.Digər dövlətlərdə təhsil almağı hədəfləyən gənclərimizin üstünlük verdiyi ölkələrdən ilki Türkiyədir. Burada bir sıra universitetlər ingilis dilində təhsil vermək imkanına sahibdir.

 

 

AzEdu.az onları təqdim edir:

 

 

Boğaziçi Universiteti;

 

 

İstanbulda yerləşən, uzun tarixə malik olan Boğaziçi hər bir tələbənin arzusunda olan universitetdir. Təhsil keyfiyyəti, sosial imkanları, mədəni quruluşu olan təhsil müəssisəsidir. Hətta dərs arası zamanlarda belə tələbələrə ingilis dilində danışmaq tövsiyə olunur.

 

 

Ortadoğu Texnik Universiteti (ODTÜ):

 

 

İngiliscə təhsilin paytaxtı ODTÜ təhsil keyfiyyəti ilə dünya universitetləti sırasında  yer alır. Mühəndislik sahəsində dünyada adını tanıtan şəxslər yetişdirən ODTÜ bütün ixtisasları ingilis dilində tədris edən universitetidir.

 

 

İzmir Yüksək Texnoloji İnstitutu:

 

 

100% ingilis dilli təhsil verən tək universiteti olan İzmir Yüksək Texnoloji İnstitutu çox tanınmamasına baxmayaraq ODTÜ və Boğaziçi qədər səviyyəli universitetdir.

 

 

İstanbul Texniki Universiteti (İTU)

 

 

Bu universitet yaxın zamanlara kimi türkcə təhsil verirdir. Son zamanlar isə kompüter mühəndisliyi və sənaye mühəndisliyi başda olmaqla bütün ixtisaslarda ingilis dilli  təhsilə keçib.

 

 

İstanbul Universiteti;

 

 

İstanbulun fəthi ilə eyni ildə qurulan universitet biznes, iqtisadiyyat fakültələrində ingilis dilli təhsil verir.

 

 

Marmara Universiteti;

 

 

İqtisadiyyat və inzibati elmlər fakültəsi türkcə, ingiliscə, almanca və fransızca təhsil verir. Digər ixtisaslar isə tamamilə ingiliscə təhsil verir.

 

 

Hacettepe Universiteti;

 

 

Ankarada dövlət universitetləri arasında yaxşı mühitə sahib olan Hacettepe Universiteti xüsusilə tibb fakültəsi ilə tanınır. İqtisadi və inzibati elmlər fakültəsi başda olmaqla bütün fakültələrdə dərslər ingilis dilindədir.

 

 

Ankara Universiteti;

 

 

Ankara Universiteti ingilis dilli təhsil məsələsində çox çeşidlidir. Universitetdəki ixtisasların hamısı həm türkcə, həm də ingiliscə təhsil verir. Əlavə olaraq 30% ingilis dillu təhsili də verilir.

 

 

Türkiyədə ingilis dilində təhsil verən digər universitetlər

Gaziantep Universiteti

İzmir Ege Universiteti

Yalova Universiteti

Konya Selçuk Universiteti

Mersin Universiteti

Antalya Akdeniz Universiteti

Afyon Kocatepe Universiteti

Çankırı Karatepe Universiteti

 

 

Bu universitetlərdə təhsil almaq üçün YÖS və SAT imtahanları vermək lazımdır.

 

 

Fidan Ali