Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 12:45:00
BANM rektoru-“Ən yüksək bal toplayan abituriyentin bizi seçməsi qürurvericidir”

Qəbul imtahanlarının  nəticələrinə  əsasən, Sumqayıt  məzunu  Əbil  Şəfiyev  697,1  balla I  qrup  üzrə  ən  yüksək  nəticə göstərib.

 

 

Əbil, AzEdu.az-a  açıqlamasında  təhsilini  davam  etdirmək  üçün  ixtisası  hələ  dəqiqləşdirmədiyini, ancaq  universitet  seçiminin  BANM  olacağını  bildirib.

 

 

AzEdu.az  xəbər  verir  ki, bununla  əlaqədar  olaraq  BANM  rektoru  Elmar Qasımov  öz  feysbukunda  paylaşım edib.

 

 

Rektor  qrup  lideri olan  abituriyenti  təbrik  edərək, ən  yüksək  bal  toplayan  abituriyentlərin  BANM-ı  seçməsinin  qürur  doğurduğunu  bildirib:

 

 

“I qrup üzrə ən yüksək nəticə əldə edən Əbil Şəfiyev 697,1 bal toplamaqla həm valideynlərini, həm də müəllimlərini sevindirdi.

 

 

Qrupun lideri olan Əbil Şəfiyevin Bakı Ali Neft Məktəbində təhsil almaq arzusu eyni zamanda bizi də sevindirdi.

 

 

Ali məktəbimiz yaranan gündən ən yüksək bal toplayan gənclər, məhz bizim Ali Məktəbdə təhsil almaq istəyi BANM ailəsində qürur doğurur.

 

 

Əziz Əbil, BANM ailəsinə xoş gəlmisiniz.

 

 

Sizi, Valideynlərinizi, Sumqayıt təhsilini,Fədakar müəllimlərinizi ürəkdən təbrik edirəm...”

 

 

Qeyd  edək  ki, bütün  qruplar  üzrə  universitetlərə  qəbul  imtahanlarının  nəticələri  elan  olunub.