Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 19:51:00
"İxtisası dəqiqləşdirməmişəm, lakin universitet seçimim BANM olacaq”-I qrup üzrə ölkə birincisi  

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 27-28-də I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

I ixtisas qrupu üzrə ən yüksək nəticəni Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu Əbil Şəfiyev əldə edib. Hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

 

AzEdu.az ölkə birincisinin imtahanla bağlı təəssüratlarını öyrənməyə çalışıb:

 

“Ölkə birincisi olacağımı özümdən gözləyirdim, çünki əsas hədəfim elə bu idi. Pandemiya şəraitinin də bu prosesə ciddi təsiri olmadı. İmtahan zamanı isə mənə görə bütün fənlərin çətinlik dərəcəsi eyni idi”.

Vunderkid abituriyent imtahana hazırlıq prosesindən və qəbul olmaq istədiyi universitetdən də danışdı:

“3 ildir ki, fasiləsiz hazırlıqlara davam edirəm. Hazırlaşdığım kursda ödənişsi təhsil alırdım. Evə verilən bütün tapşırıqları zamanında hazırlayırdım.

Daxil olacağım ixtisası dəqiqləşdirməmişəm, lakin universitet seçimim BANM olacaq”.  

 

Gələcək abituriyentlərə tövsiyəsi...

Qəbul imtahanında uğurlu nəticə üçün aşağı siniflərdən-təməldən yaxşı başlamaq, çox çalışmaq lazımdır. Abituriyentlərdə bünövrə sağlamdırsa, 2-3 il hazırlaşaraq istədikləri nəticəni əldə edəcəklər.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları