Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 16:01:06
Musiqi sənəti üzrə imtahanın nəticəsi elan olunub

11 iyun 2023-cü il tarixində DİM ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlar Bakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib.

 

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.

 

Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda 904 nəfər iştirak edib.

 

“Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio” fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub.

 

Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır.

 

Doğru cavablandırılan
tapşırıqların sayı
Qiymətləndirmə
(balla)
28-30 10
25-27 9
22-24 8
19-21 7
16-18 6
13-15 5
10-12 4
7-9 3
4-6 2
1-3 1
0 0


Nəzəriyyə fənlərinin komissiyalar üzrə keçid balları ilə buradantanış ola bilərsiniz.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 iyun saat 14:00-dan 15 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.