Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 11:40:12
Memarlıq ixtisasına qabiliyyət imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən memarlıq ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı keçirilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu 25-30 iyul tarixlərində aparılıb və bu müddət ərzində 324 nəfər qeydiyyatdan keçib.

 

İmtahan 4-5 avqust tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçirilir. İmtahanın bu gün iki, sabah isə bir növbədə keçirilməsi nəzərdə tutulub.

 

İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

 

İmtahanın müddəti 3 saat 45 dəqiqədir. Abituriyentlər A3 formatlı kağız üzərində naturadan gipsdən hazırlanmış antik başın təsvirini çəkirlər.

 

İmtahan nəticələri ilə bağlı abituriyentlərin müraciətlərinə 6 avqust 2023-cü il tarixində saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək Apellyasiya Komissiyası tərəfindən baxılacaq.