Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 17:02:00
Azərbaycanda təhsil xərcləri azalıb

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq 1363,0 milyon manat icra edilib.

 

AzEdu.az  xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

 

Qeyd olunub ki, təhsil xərcləri 1450,1 milyon manat proqnoza qarşı 94,0 faiz və ya 87,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,6 faizini təşkil edib. Bu ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra edilib.

 

Eyni zamanda bu ilin dövlət büdcəsində təhsil xərcləri üzrə təsdiq olunmuş 3277,7 milyon manat məbləğində büdcədən ayrılan və büdcədənkənar vəsaitin 3258,4 milyon manatı büdcə təşkilatlarının sifarişləri əsasında 17 proqramın (32 hədəf üzrə 102 tədbir) icrasına yönəldilib.

 

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri bölməsindən 1363,0 milyon manat vəsaitin yönəldilməsi ilə 16 proqramın (28 hədəf üzrə 80 tədbir) icrasına başlanılıb ki, bu da proqnozlaşdırılan vəsaitin 41,8 faizini təşkil edir.

 

Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri bölməsində nəzərdə tutulmuş proqramların icrası üçün xərclənən vəsaitin əsas hissəsi (61,3 faiz və ya 836,0 milyon manat) “Ümumi təhsil” proqramı, ən az hissə isə (0,14 faiz və ya 1,9 mln manat) “Təhsil sahəsində tətbiqi tədqiqatlar” və “İstedadlı uşaqların işinin təşkili” proqramları təşkil edir.