Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 09:49:00
Kolleclərə müsabiqə şərtlərində dəyişiklik ediləcək?-DİM   

2021-ci ildə keçirilən buraxılış və qəbul imtahanları yekunlaşıb. Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə  imtahanların keçirilməsi nəzərdə tutulub.

Kolleclərə müsabiqə şərtlərində hər hansı dəyişiklik edilibmi?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə şərtlərində heç bir dəyişiklik edilməyəcək.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin saytına istinadən 9 və 11 illik bazada kolleclərə müsabiqə şərtlərini və fənlər üzrə qoyulan nisbi bal tələblərini təqdim edir:

9 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları