Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 09:00:00
Bu gündən məktəbəhazırlıq qruplarına uşaq qəbulu başlayır  

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna başlanılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb

 

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına bu gün saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da start veriləcək.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.