Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-08 18:00:00
NASA Marsda həyatın imitasiyası layihəsi üçün könüllülər axtarır

NASA Marsda həyatın imitasiyası ilə bağlı keçiriləcək eksperimentdə iştirak etmək üçün könüllülərin axtarışına başlayıb, qurum bunun üçün elan verib.

AzEdu.az  xəbər verir ki, bu barədə “Abc13” telekanalı məlumat yayıb.

Dörd iştirakçının bir il yaşayacağı məkan 3D printer vasitəsilə hazırlanıb və Hyustondakı Conson Kosmik Mərkəzinin binasının içərisində yerləşir.

İştirakçılar “açıq kosmosa çıxa” biləcək və yaxınları ilə məhdud ünsiyyət qurmalı olacaq, onları az miqdarda qida və resurs ehtiyatı, eləcə də qadjetlərin yoxluğu gözləyir.

İlk eksperiment payızda başlayacaq, ümumilikdə isə NASA üç araşdırma aparmağı planlaşdırır.

“İnsanların belə bir mühitdə necə hərəkət edəcəklərini anlamaq istəyirik”, - deyə aparıcı elm adamı Qreys Duqlas bildirib.

Eksperimentdə 30 yaşdan 55 yaşa qədər sağlamlığı qaydasında olan könüllülərin iştirakına icazə veriləcək. İştirak üçün ərizələ qəbulu avqustun 6-da başlayıb. Müraciət edənlərdən mühəndislik, riyaziyyat və ya təbiət elmlərini bilmələri tələb olunacaq. Təcrübədə yalnız ABŞ sakinləri iştirak edə biləcək.