Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-08 16:32:00
Postkovid sindromun inkişafı üçün risk qrupunda olanlar açıqlandı  

Postkovid sindromu kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Antonina Ploskireva məluma verib.

 

“Postkovid sindromun inkişafı üçün risk faktorları qocalıq, qadın cinsiyyəti, infeksiyanın ağır gedişi, xroniki müşayiət olunan patologiyanın olması, həmçinin xəstəliyin kəskin dövründə oksigen müalicəsidir”, - deyə Ploskireva bildirib.

O, həmçinin qeyd edib ki, koronavirusa yoluxmada cinsiyyət fərqinin olması haqqında etibarlı məlumat olmasa da, bəzi elm adamları kişilərin xəstəlikdən daha gec sağaldığını düşünür.