Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 14:27:00
  Vakansiyada iştirak edəcək müəllim namizədlərə xəbərdarlıq – Düzəliş edilməyəcək

 

 

MİQ üzrə vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

 

 

AzEdu.az xəbər verir ki, vakansiyaları seçib, elektron ərizəsini təsdiqlədikdən sonra namizədlərin ərizəsində hər hansı bir düzəlişin edilməsi imkan xaricindədir.

 

 

Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə olunur.

 

 

İştirakçılara uğurlar arzulayırıq!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları