Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 17:28:00
 Tarix fənni  üzrə ölkə birincisi: “Suallar çox asan, hər şey rahat  idi” – MİQ

 

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin son günündə - 2 avqustda tarix müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 1 müdavim yüksək nəticə əldə edib.

 

 

AzEdu.az həmin şəxslə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib:

 

 

Aytən Cəyiyova tarix fənni üzrə 60 bal toplayıb:

 

 

O, 1983-cü ildə Bakı şəhərində anadan olub. Nizami rayon 220 nömrəli məktəbi bitirib. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub. Müəllimliyə isə 2017-ci ildən başlayıb. O, həmin il ilk dəfə MİQ-də iştirak edərək 49 bal toplayıb və Suraxanı rayon 317 nömrəli məktəbə müddətli müqavilə əsasında qəbul olunub. 2018-ci ildə yenidən MİQ-ə qatılaraq Şuşa şəhər 3 nömrəli məktəbdə fəaliyyətə başlayıb və hazırda orada çalışır.

 

 

“İmtahan mənim üçün çox rahat oldu və buna görə Təhsil Nazirliyinə təşəkkür edirəm. Testlərin kağız üzərində verilməsini arzu edərdim, çünki komputer vasitəsi ilə müəyyən çətinliklər yaranır. Tapşırıqlar çətin deyildi, bunu 60 bal topladığım üçün demirəm. Sadəcə müdavimdən yüksək düşüncə tələb edirdi. İmtahanda iştirak edən bütün müəllimlər sualların cavablarını bilir, sadəcə analiz etmək lazım gəlir. Çünki cavablar bir-birinə yaxın olur. Mən bir saata sualları cavablandırıb bitirdim, sonra onlar üzərində yoxlama keçirdim. Bəlkə də 3-cü dəfədir ki, iştirak edirəm deyə suallar mənə asan şəkildə göründü”.

 

 

Müdavim imtahana necə hazırlaşmasından söz açdı:

 

 

“İmtahana dərsliklər vasitəsi ilə hazırlaşdım. Onlardan kənar heç nə salınmamışdı. Fənnimi tədris edərkən belə məlumatları yada salırdım, bundan əlavə özüm də xüsusi hazırlaşırdım. Kurikulumdan isə online dərslərə qoşularaq öyrəndim. Ondan çox qorxurdum, düşünürdüm ki, 60 bal toplamağıma əngəl olar. Amma şükürlər olsun ki, yüksək nəticə qazandım”. 

 

 

Müəllim namizəd bir sıra tövsiyələr verib:

 

 

“Həmkarlarıma da arzu edirəm ki, özlərinə inansınlar və pozitiv olsunlar. Müəllim yalnız savadlı şagird yetişdirmir, o vətəninə sadiq övlad da tərbiyə edir. Çünki onlar bizim gələcəyimizdi. Müəllim şagirdi sevməli və ona qayğı ilə yanaşmalıdı. Hər bir insan individualdı və ona münasibət fərqli olmalıdır”. 

 

 

Bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları