Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 14:14:00
Sabah ibtidai sinif müəllimi olmaq istəyənlər üçün təkrar test imtahanı keçiriləcək

Avqustun 4-də 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif fənni üzrə təkrar test imtahanı təşkil olunacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İbtidai sinif fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da keçirilib.

 

Xatırladaq ki, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinə iyulun 5-də start verilib.